Xəstə həkim səhvindən öldü, prokurorluq 6 il həbs cəzası tələb edir

10:10 10.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qaziantep şəhər xəstəxanasında beyin əməliyyatı keçirmiş xəstə həkimin səhvi üzündən dünyasını dəyişib.

Hafta.az-ın yazdığına görə, Ədliyyə Tibb Qurumunun ölüm faktı ilə bağlı hazırladığı iddianamədə deyilir ki, xəstənin ölümünə səbəb cərrah-həkimdir.

Qeyd edək ki, Qaziantepdə 3 il əvvəl beyin qanaması keçirən 67 yaşlı İsmayıl Fıstıkçı özəl xəstəxanalardan birində əməliyyat olunub. Əməliyyat zamanı qanın nəqli məqəsdilə taxılmış tibbi cism yaddan çıxaraq xəstənin başının içində qalıb. 2 gün sonra xəstəxanadan evə buraxılan Fıstıkçının bir neçə gün sonra vəziyyəti kəskin pisləşib və başqa bir xəstəxanaya aparılıb. Amma bir həftə reanimasiyada yatsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Qaziantep Cumhuriyyət Prokurorluğunun araşdırması və Ədliyyə Tibb Qurumundan da aldığı sənədlər əsasında bu qənaətə gəlinib ki, xəstənin ölümünə səbəb başın içində unudulan tibbi vasitələrdir. Təqsirləndirilən həkim özünü günahsız saysa və xəstənin ölüm səbəbinin serroz olduğunu desə də, prokurorluq məhkəmədən ona 6 il müddətinə həbs cəzası tələb edib.