Xətaidə mənzildə meyit tapılıb

19:00 20.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.