Yazını böyüt
Yazını kiçilt
Xətai rayonunda zavod ərazisində tikilidə yanğın hadisəsi qeydə alınıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda zavod ərazisində ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət tikili (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 15 m² sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.