“Xəzər Dəniz Gəmiçiliyi”ndə qabaqlayıcı tədbirlər kimi imtahanlar təxirə salınıb

12:51 03.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə imtahanlar təxirə salınıb.

Bu barədə qurumdan hafta.az-a verilən məlumatda deyilir.

Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının formalaşdırılması üçün 04-05-06 mart tarixlərinə təyin olunmuş test imtahanları koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq qeyri-müəyyən müddətədək təxirə salınıb.

İmtahanlara dəvət olunmuş namizədlərin sözügedən qərarı nəzərə alması xahiş edilib.