Xəzər rayonunda ev yanıb

21:44 07.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında 1 ədəd çarpayı və 1 ədəd dolab yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.