Xəzərdə zəlzələ qeydə alınıb

23:37 18.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 21:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı 51 kilometr dərinlikdə yerləşib.