Xocalı qatili tərəfdarları ilə QARABAĞA GƏLİR

11:11 12.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentindəki “Ermənistan” və “Mənim şərəfim var” bloklarının təmsil etdiyi müxalifət dörd günlük plenar iclasları boykot edib.

Hafta.az erməni mediasına istinadla xəbər verir ki, aprelin 12-də səhər saatlarında Ermənistan müxalifət blokunun parlament fraksiyasının rəhbəri, Xocalı soyqırımının əsas iştirakçılarından olan Seyran Ohanyan müxalifətin bu həftə keçiriləcək iclaslarda iştirak etməyəcəyini açıqlayıb. "Biz Qarabağ və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik", - Ohanyan deyib.

Onun sözlərinə görə, Ermənistan və Qarabağ ciddi problemlər qarşısındadır. O qeyd edib ki, müxalifətin son mitinqində ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı qırmızı xətlər çəkilib. “Ermənistanın indiki hökuməti bir çox daxili və xarici problemləri həll etmək iqtidarında deyil. Son hadisələr yalnız qorxuları təsdiqlədi. Azərbaycan və Türkiyənin gündəliyi çərçivəsində hər şey irəli gedir.” - Seyran Ohanyan deyib.

“Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan da öz növbəsində onların da Milli Assambleyanın iclaslarında iştirak etməyəcəklərini və Dağlıq Qarabağa gedəcəklərini təsdiqləyib.