Xocalı qatili, erməni general Vitali Balasanyan Qarabağdan müəmmalı şəkildə sərhədi keçib İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Onun barəsində Qarabağda separatçı rejim tərəfindən başladılmış “cinayət işi”nə xitam verildiyi, oğluna qarşı isə işin başlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Xəbərdə deyilir ki, V.Balasanyanın nə işlə məşğul olduğunu və niyə “yeraltı”na çəkildiyini bilmirlər. “Lakin bir qədər əvvəl əməkdaşımız generalın Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib”- erməni nəşri belə yazır.