Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

17:02 26.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hafta.az-ın məlumatına görə, paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.