Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilib

12:09 31.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib.

Hafta.az xəbər verir, dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn olunan şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.