“Xocalı uşaqları” adlı anım mərasimi və sərgi keçirilib

10:46 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankaranın Qazi Universitetində Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı uşaqları” adlı anım mərasimi və sərgi keçirilib.

Tədbir Azərbaycan səfirliyi və Qazi Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi Müdiri Alev Çakmakoğlu Kuru çıxışı zamanı soyqırımın ən günahsız qurbanı olan uşaqları yad edərək, onların vəhşicəsinə qətlə yetirildiyini bildirib.

Qazi Universitetinin rektoru Musa Yıldız çıxışında Xocalı Soyqırımının Türk dünyasının ortaq acısı olduğunu vurğulayaraq, şəhidləri rəhmətlə yad edib.

 

Azərbaycanın səfiri Rəşad Məmmədov çıxışında Xocalı soyqırımının heç vaxt unudulmamalı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir çərçivəsində “Uşaqlığım Xocalıda qaldı” sənədli filmi ilk dəfə nümayiş etdirilib.

Bundan əlavə, Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi Müdiri Alev Çakmakoğlu Kurunun layihə rəhbəri olduğu “Xocalı uşaqları” sərgisinin açılışı olub.apa