Oxucularımızı Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya hərbçilərinin nəzarətində qalan, lakin ermənilərin hələ də qaldığı yaşayış məntəqələrimizdə baş verənlərlə tanış etməkdə davam edirik.
Xocavənd rayonunun Zavodıx kəndindəki haylar əsasən əkinçiliklə, əsasən maldarlıq və əkinçiliklə məşğul olurlar. Kənd meyvə bağları ilə əhatə olunub.
Hafta.az xəbər verir ki, bu haqda erməni mediasına kəndin qanunsuz “meri” Samvel Abramyan danışıb.
“Kənddə "Tufenkyan" fondunun təşəbbüsü, ABŞ-ın “erməni tibb fondu” və İsveçrənin "ümumerməni xeyirxahlar ittifaqı"nın dəstəyi ilə bərpa edilmiş mədəniyyət evi normal fəaliyyət göstərir. Tibb məntəqəsi və klub da var. Məktəb binası yaxşı vəziyyətdədir. Uşaq bağçası yoxdur, çünki kənddə məktəbəqədər yaşlı uşaqlar azdır. 180 nəfərlik banket zalımız da var, şəraiti yaxşıdır. Kənddə işıq var, ancaq təbii qaz yoxdur”- S.Abramyan əlavə edib.
Fotodan göründüyü kimi, inzibati-hüquqi baxımdan Azərbaycan Respublikası Xocavənd rayonunun tərkibində olan bu kənddə hələ də separatçı-terrorçu erməni rejiminin əski parçası dalğalanır.
Zəruri arayış:
Zavadıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənddir.
Zavadıx – orta əsrlərdə erməniləşdirilmiş alban Xotavənd məbədində 1182-ci ilə aid ermənicə kitabədə “Tsovatex” kimi göstərilib. 1727-ci ilə aid mənbədə isə Yuxarı Qarabağın Köçəz nahiyəsində Zəvadıq kəndi kimi qeyd olunub. 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kəndə ermənicə “Tsovatex” adı verilib. Hələlik mənası məlum olmayan zaba və türk dillərində tıq "meşəsiz (dağ, təpə)" sözlərindəndir. Ermənistanda əhalisi azərbaycanlılardan ibarət olmuş Zaba kənd adı ilə müqayisə edilə bilər. Ola bilsin bu ad zeyvə (ərəbcə zaviyə "kürüc", "bucaq", "ibadətgah" sözündən və -dıq (lıq) şəkilçisindən ibarətdir.
1992-ci ildən Zavadıx 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Zavadıx kəndi Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçmişdir.