Yağıntılı və küləkli hava şəraiti davam edəcək

11:43 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

Hafta.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.