Yağmurlu hava nə vaxta qədər davam edəcək?

10:00 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Bu barədə hafta.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

"Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək" - deyə G.Məmmədova bildirib.