Yanğınlar nəticəsində dəymiş ziyan müəyyənləşdirilir

13:49 26.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustda baş vermiş yanğınlar nəticəsində 3 ev və 10 təsərrüfata zərər dəyib.

Hafta.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə müvafiq qurumlar tərəfindən hesablamalar aparılır və vətəndaşlara dəymiş zərər müəyyənləşdirilir:

"Yanğının əsas təhlükəsi Şabran-Siyəzən istiqamətində neft quyularına doğru hərəkət etməsi idi. Biz bununla bağlı SOCAR-la danışdıq və yanğının neft quyularına doğru irəliləməsinin qarşısı alındı".