Yanğınsöndürənlər yanğın zamanı tapdıqları pulu və qızılı sahibinə veriblər

09:58 16.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.

Bu barədə FHN məlumat yayıb.

Çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.