Yanvar-iyun aylarında 35 min 300 şəxsə əlillik təyin edilib

16:29 22.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun ayları ərzində 35 min 300 şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib.