Yazını böyüt
Yazını kiçilt
Yaponiyanın Kyuşu adasındakı Oita şəhərində ilk dəfə olaraq açıq havada idarə olunan uçan avtomobil sınaqdan keçirilib. Bu barədə TASS agentliyi Masc reysini təşkil edən şirkətin nümayəndəsinin mesajına istinadən yazıb.
"Bugünkü sınaq insidentsiz keçdi və uğurla başa çatdı", - şirkətdən bildiriblər.
Sınaqda iki nəfərlik kabinəsi olan kvadrokopterə bənzər təyyarə iştirak edib. Avtomobil 30 metr hündürlüyə qalxaraq dəniz üzərində dairəvi cığırla hərəkət edərək 35 km/saat sürətlə 3 dəqiqə ərzində 431 metr məsafə qət edib. Avtomobilin idarə olunmasına baxmayaraq, sınaqlar avtopilotdan istifadə edilməklə aparılıb.