Tokio yeni anti-Rusiya sanksiyaları tətbiq edbi, 48 Rusiya vətəndaşı, eləcə də 73 təşkilat məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Bu barədə fevralın 28-də Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, yeni siyahıya Rusiya Federasiyası Prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi üzrə Aparatının rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının bəzi əməkdaşları daxildir. Eləcə də Rusiya müdafiə nazirinin müavini Qoremykina və Kalaşnikov konserninin rəhbəri Alan Luşnikov.
Bundan əlavə, “Xarici İşlər Nazirliyinin bildirişi ilə Rusiya Federasiyasında xüsusi təşkilatlar” adlandırılan 21 təşkilat da sanksiyalara məruz qalıb. Rosstandart və Rusiya Elmlər Akademiyasının bir sıra institutlarına qarşı Rusiyanın sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən malların ixracına qadağa qoyulub.