Davranışlarına əhəmiyyət verməyən əcnəbi turistlər tərəfindən sıxışdırılan Yaponiya hakimiyyəti məşhur Fuji dağında fotoqrafların cəmləşdiyi məşhur yerdə sədd çəkməyə qərar verib.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Fujikavaguşiko şəhərinin rəsmisi həftə ərzində hündürlüyü 2,5 metr və eni 20 metr olan şəbəkəni quraşdırmağı planlaşdırdıqlarını açıqlayıb.
Adının açıqlanmasını istəməyən məmur deyib: "Təəssüf edirik ki, qaydalara hörmət etməyən bəzi turistlər üzündən bunu etmək məcburiyyətindəyik".
Ölkənin ən hündür dağı olan Fujiyə bir çox yerdən gəzintiyə çıxmaq mümkündür. Lakin Lauson adlı bazarın arxasında aktiv vulkanın görünməsi qadağan olunmuş nöqtəni digərlərindən fərqləndirir. Bura xarici turistləri xüsusilə cəlb edir. Yaponiyada geniş yayılmış bazar şəbəkəsi ölkənin digər simvolu olan Fuji dağı ilə eyni çərçivədə yerləşir.
Bütün xəbərdarlıq və işarələrə baxmayaraq, fotoqrafiya üçün ən yaxşı yer olduğu iddia edilən diş klinikasının səkiləri və damındakı sıxlıq aradan qaldırıla bilməyincə, “son çarə olaraq” nəhəng baryer qərarı verilib.
Rəsmi, vəziyyət dəyişəcəyi təqdirdə geri addım ata biləcəklərini vurğulayır.
Asiya ölkəsi pandemiya məhdudiyyətlərindən sonra turizmi təşviq etməkdədir. Ancaq burada əldə edilən uğur həm də bədbəxtliyə gətirib çıxarıb.
Bu il həddindən artıq turizmlə mübarizə tədbirlərini artıran Yaponiya, Kiotodakı Geyşa bölgəsinə gələn ziyarətçilərin ara küçələrə girməsini qadağan etmək qərarına gəlib. Görünməmiş sayda turistin gəldiyi ölkədə martda aylıq üç milyonluq turist həddini aşaraq yeni rekorda imza atıb.