Yaponiyanın baş naziri koronavirusa yoluxub

14:13 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın baş naziri Fumio Kişida koronavirusa yoluxub.

Hafta.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, 65 yaşlı siyasətçinin bu gün verdiyi testin nəticəsi müsbət olub. Hazırda o, Tokiodakı iqamətgahındadır.

"NHK" telekanalının məlumatına görə, şənbə günü axşam F.Kişidada koronavirusun əlamətləri - yüngül qızdırma və öskürək olub.