Yaponiyanın ən yaşlı sakini vəfat edib

19:52 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın ən yaşlı sakini Fusa Tatsumi 117 yaşında vəfat edib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Tatsumi 25 aprel 1907-ci ildə anadan olub və 2022-ci ilin aprelindən bəri ən yaşlı yapon qadını hesab olunur. Ailəsinin dediyinə görə, o, normal həyat sürüb və uzunömürlülüyün sirri düzgün və nizamlı qidalanmaqdadır.

Tatsumi, Los-Ancelesdəki Gerontologiya Tədqiqat Mərkəzinin məlumatına görə, planetdə yaşayan yüzyaşlılar siyahısında ikinci yerdədir. Birinci yeri yapon qadından ay yarım tez doğulmuş ispan Maria Brañas Morera tutur.