Yaponiyanın keçmiş baş nazirinin qatilinin ağlı başında olub

10:57 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Keçən ilin yayında ölkənin keçmiş baş naziri Şinzo Abeni güllələyən yaponiyalı işsiz Tetsuya Yamaqaminin məcburi psixiatrik müayinədən sonra ağlı başında olduğu elan edilib. Hafta.az-ın TBS kanalına istinadən verdiyi xəbərə görə, bununla bağlı o, qapalı tibb müəssisəsindən Nara şəhərindəki polis həbsxanasına köçürülüb.

Yanvarın 13-dək o, adam öldürmə və qanunsuz silah saxlamaqda ittiham olunacaq.
Şinzo Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın Baş naziri olub. 8 iyul 2022-ci ildə Abe Nara şəhərində Liberal Demokrat Partiyasına dəstək çıxışı edərkən Yamaqami ona iki dəfə atəş açıb.
Abe sinə və boyun nahiyəsindən yaralanıb. Təcili xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.