Yarışda iştirak edən Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb

17:18 17.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib.

Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıb.

Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 24-də Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Müsabiqə sentyabrın 4-dək davam edəcəkdir.