“YAŞAT”a 65 milyon manat ianə edilib, onun 50 milyonu xərclənib

12:58 08.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günə qədər “YAŞAT” Fonduna 65 milyon manat ianə olunub, onun 50 milyon manata yaxını xərclənib.

Hafta.az-ın məlumatına görə, bunu “YAŞAT” Fondunun bir illik hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ülvi Mehdiyevin sözlərinə görə “ASAN xidmət” mərkəzlərində 4700-dən çox şəhid ailəsinin üzvü və qazilərə növbədənkənar xidmətlər göstərilib: “40 şəhidin ailə üzvü və 15 qazi Dövlət Agentliyində işlə təmin olunub”.

Onun sözlərinə görə, ötən il dekabrın 15-dən bütün rayonlar üzrə 69 qrupun 2916 şəhid ailəsini ziyarət olunub və onların əsas ehtiyacları öyrənilib.

Oxunma sayı 89