ABŞ Atlantika Şurası tərəfindən sorğuda iştirak edən ekspertlərin 61%-i yaxın 10 ildə Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalına şübhə etdiyini bildirib. Bu barədə “Financial Times” sorğunun nəticələrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, respondentlərin 23%-i yaxın onillikdə Rusiya ilə alyans arasında birbaşa toqquşma ehtimalını istisna etməsə də, ekspertlərin 61%-i belə ssenarini istisna edib. Eyni zamanda, respondentlərin yarısından çoxunun 47%-i belə bir toqquşmanın kifayət qədər mümkün olmadığını bildirib. 14% belə bir münaqişənin qəti şəkildə qeyri-mümkün olduğuna inanır.
Britaniya ordusunun keçmiş polkovniki Hamiş de Bretton-Qordon bildirib ki, 2023-cü ildə Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə baş verə bilər. Alyans Ukraynada qarşıdurmanın tərəflərindən birinə çevrilə bilər.