Yazını böyüt
Yazını kiçilt
“Bu gün radikal müxalifət öz ampluasındadır. Yenə də Azərbaycan polisi hədəfdədir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov AXCP üzvü Tofiq Yaqublunun Azərbaycan polisinə qarşı səsləndirdiyi təhqiramiz çıxışları ilə bağlı açıqlamasında bildirib.
Deputat Azərbaycan polisinin asayişin qorunmasında, ölkəmizə uzanan qara əllərin qarşısının alınmasında, terrorçularla mübarizədə xüsusi xidmətlərini önə çəkib.
“Elə Tofiq Yaqublu da daxil olmaqla Azərbaycan polisinin ölkəmizdə ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin təminatı ilə bağlı fəaliyyəti misilsizdir”.