Yeni binalarda avtomobil dayanacaqları 16 faiz bahalaşıb

09:30 19.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Moskvadakı yeni tikilən binalarda, mdənzillərdən ayrı şəkildə satılan maşın dayanacaqlarının qiyməti durmadan yüksəlmədədir. 
Hafta.az-ın yazdığına görə, bu gün yeni tikililərdə bir maşın üçün dayanacaq yeri 2,1 milyon rubla və ya 45 min manata təklif edilir. Bu da ötən ilin eyni vaxtı ilə müqayisədə 16 faiz bahalaşma deməkdir. “Bir maşını saxlamaq üçün yer istəsəm 29-30 min dollarımdan keçməliyəm. Hansı ki, bu qədər pula Moskvada təzə xarici avtomobil almaq mümkündür", - avtomobil sahiblərindən biri olan Anatoli şikayətlənib. Yenicə Türkiyədən qayıtdığını deyən Moskva sakini əlavə edib ki, adi maşın dayanacağına bu qədər pul verməkdənsə, həmin pulla dünyanın turizm mərkəzi olan Antalyada, binanın orta qatlarında 80 kvadratmetrlik lüks mənzil almaq olar. 
Oxunma sayı 252