Yeni doğulan uşağa görə atalara ödənişli məzuniyyətin verilməsi təklif edilir

14:47 27.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda həyat yoldaşının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Bundan əlavə, seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur.