Bu həftəsonu kassada 90 yaşlı meymun və 69 yaşlı sürünən üstünlük təşkil edib. “Godzilla x Kong: The New Empire” ekranlara çıxdığı zaman əla açılış həftəsi yaşayıb.
Hafta.az-ın “Variety”a istinadən hyazdığına görə, "Warner Bros." və "Legendary"nin birgə istehsalı olan film ekranlara çıxanda cümə günü 37 milyon dollar gəlir əldə edib. Kinosevərləri kinoteatrlara cəlb edən filmin uğuru həftəsonu davam edib və elmi-fantastik triller Şimali Amerikada 75 milyon dollar qazanıb.
3861 kinoteatrda nümayiş etdirilən “Godzilla x Kong: The New Empire” filminin ilk həftəsonunda 45 milyonla 55 milyon dollar arasında gəlir əldə edəcəyi gözlənilirdi. Elmi fantastika beləliklə demək olar ki, ikiqat qazanıb.
“Monster Verse” seriyasının Çində 5-ci filminin açılış günü gəliri önizləmələr də daxil olmaqla 13,7 milyon dollara çatıb. Bir çox Hollivud filmləri bütün həftəsonu ərzində bu səviyyəyə yüksəlmir.
Bir çox tənqidçi filmi bəyənməsə də, tamaşaçılar eyni fikri bölüşmürlər. “Godzilla x Kong: The New Empire” “Rotten Romatoes” icmal saytında 164 rəy əsasında 100 baldan 55 bal alıb. Filmin tamaşaçı reytinqi isə daha yüksəkdir. Mindən çox istifadəçi elmi fantastikanı yüksək qiymətləndirib və filmə yüksək bal verib. “Godzilla x Kong: The New Empire” tamaşaçı şərhlərinə əsasən 100 baldan 93 xal toplaya bilib.
Yeni İmperiya, bəşəriyyətin yeni kəşf etdiyi mistik yeraltı dünyasının iki nəhəngi olan Konq və Qodzillanın həm bəşəriyyəti, həm də özlərini təhdid edən təhlükəyə qarşı birləşməsindən bəhs edir.
Filmdə baş rolları Rebeka Hall, Brayan Tiri Henri, Den Stevens, Keyli Hottl, Aleks Ferns və Fala Çen canlandırıb.
Digər tərəfdən, “Uarner Bros.” və “Legendary”nin bayram etməsi üçün yeganə səbəbi Qodzilla və Konq deyil. Denis Villeneuve tərəfindən idarə olunan “Dune: Part Two”, cümə günü dünya miqyasında kassada 600 milyon dolları ötüb, hansı ki, ilk “Dune” filminin dünya üzrə kassa gəliri 406 milyon dollar idi.
“Godzilla” seriyasının əvvəlki filmi, Yaponiya istehsalı olan “Godzilla Minus One”, 2023-cü ilin noyabrında nümayiş olunub və böyük tənqidi bəyənmə qazanıb. Film dünya üzrə 112 milyon dollar gəlir əldə edib.