Yeni görüşlə bağlı razılıq yoxdur

15:19 11.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yeni görüşü ilə bağlı razılıq yoxdur. 

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Hunanyan bildirib.

"Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı xüsusi nümayəndələrin vaxtında görüşləri barədə ictimaiyyəti məlumatlandırırıq. Hazırda belə razılaşma yoxdur", - Hunanyan deyib.

Qeyd edək ki, Türkiyə mediasının yaydığı məlumata görə, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü sentyabr ayına planlaşdırılıb.