Yeni Zelandiya hökuməti tütün biznesinə təslim oldu

09:26 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiyada 2008-ci ildən sonra doğulanlara ömürlük siqaret almağı qadağan edən qanun ləğv ediləcək.

Hafta.az-ın News.com.au-ya istinadən yazdığına görə, Yeni Zelandiyanın iqtisadiyyat naziri Nikola Uillis vergi endirimlərini maliyyələşdirmək üçün sözügedən siqaret qadağasının ləğv olunacağını bildirib.

“Newsshub Nation” proqramında verdiyi açıqlamada Uillis, sözügedən qadağanın hökumətə təxminən 610 milyon dollara (1 milyard Yeni Zelanda dolları) başa gələcəyini və qərarın ləğvinin vergi endirimlərini maliyyələşdirmək üçün vacib olduğunu deyib.

Qanun 2008-ci ildən sonra doğulanlara siqaretin satışına ömürlük qadağa qoyulmasını, mövcud siqaret satışının 90 faizinin yasaqlanmasını və siqaret tüstüsündəki nikotinin miqdarının azaldılmasını nəzərdə tuturdu. 2022-ci ilin dekabrında Yeni Zelandiya 14 və daha aşağı yaşda olanların heç vaxt qanuni olaraq siqaret ala bilməyəcəyini təmin edən qanun layihəsini rəsmiləşdirdi.

Yeni Zelandiya radiosuna danışan baş nazir Kristofer Lukson qanun layihəsinin geri götürülməsinin qara bazarda siqaret satışının qarşısını alacağını iddia edib.

Oxunma sayı 212