Yeni Zelandiya sahillərində 4,5 bal gücündə zəlzələ olub

16:37 28.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 28-də Yeni Zelandiyanın Şimal adaları sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Plenti körfəzində, Te-Kaha kurort şəhərindən 70 kilometr şimalda, ocağının 118 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.