Yeniyetmə su kanalında boğulub

17:10 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada yeniyetmə su kanalında boğulub.

Hafta.az xəbər verir ki, bədbəxt hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü rayon sakini Tural Hacıyev yaxınlıqdan keçən su kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 161