Yevlaxda 24 yaşlı gənc öldürüldü

09:21 07.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 7-də saat 03 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.