Yevlaxda mikroavtobus iki qadını vurub, BİRİ ÖLÜB

10:52 27.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda avtomobil iki qadını vurub.

Hadisə rayonun Nizami prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxunma sayı 78