Yevlaxda mühafizəçi iş yerində öldü

10:10 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhər stadionunun mühafizəçisi iş yerində ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə Yevlax şəhər Mərkəzi Stadionu ərazisində baş verib.

1956-cı il təvəllüdlü Əliyev Aydın Ağa oğlu xidmət yerində ölü vəziyyətdə aşkarlanıb. Ölümün səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.