Yevlaxda polis şöbəsində intihar olub

18:00 11.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində intihar faktı baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Xəbərə görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.