Yoluxanların sayı açıqlanıb

15:37 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1 041 yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.