Yük avtomobili yanıb

21:20 22.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerində hər birinin həcmi 40 litr olan 2 ədəd yanacaq dolu çəllək yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.