Özbəkistanlı məşhur müğənni Yulduz Usmanovanın 9 may tarixində ABŞ-da keçirilməsi planlaşdırılan konserti rəsmən ləğv edilib.
Hafta.az yazır ki, konsert təşkilatçıları Ocean Theatre sosial media səhifələri vasitəsilə ləğvi elan edib. Bəyanatda biletlərin alındığı yerlərdən geri ödəmələrin əldə edilə biləcəyi bildirilib və yaranan narahatçılığa görə pərəstişkarlarından üzr istəyib.
Məlumatlara görə, ləğv qərarı bir sıra amerikalı siyasətçilərin tələbləri səbəbindən verilib. Usmanova mövqeyindən güzəştə getməkdən imtina edərək üzr istəməyəcəyini bildirib: "Əgər siz sionistlər mənim üzr istəyəcəyimi düşünürsünüzsə, çox yanılırsınız", - Usmanova deyib. Sənətçinin sözlərinə görə, bu cür etirazlar və münaqişələr birbaşa yerli siyasi proseslər və seçkilərlə bağlıdır, hətta onun populyarlığına müsbət təsir göstərə bilər.