Yunanıstanda alpinistləri ildırım vurdu

15:38 22.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yunanıstanın şimalındakı Drama regionunda bir qrup alpinisti ildırım vurub.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir alpinist həlak olub, daha bir nəfər isə ağır xəsarətlər alıb.

Qeyd olunur ki, dörd nəfərdən ibarət alpinistlər qrupu şənbə günündən başlayaraq 2 min metrdən çox hündürlüyü olan altı zirvəni fəth etməyi planlaşdırırdı.

Ötən gün hava şəraiti kəskin pisləşdikdən sonra alpinistləri ildırım vurub. Hadisə yerinə xilasedicilər göndərilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.