Zakir Həsənov Türkiyəyə getdi

19:43 08.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyəyə səfəri çərçivəsində general-polkovnik Zakir Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.