Yazını böyüt
Yazını kiçilt
Zaqatala rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildiriblər ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini Ceyhun Cabbarovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.