Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

23:59 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.