Zaqatalada dağlıq-meşəlik ərazidə yanğın başlayıb

14:42 30.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Aşağı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Xəbərə görə, FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunib. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.