Zara reklamlara görə üzr istədi

17:10 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın Zara brendi Fələstin soyqırımına istinad edən reklamlara görə üzr istəyib. Müvafiq yazı brendin İnstaqram hesabında yerləşdirilib.

Məlumdur ki, pərakəndə satışçı rəsmi sosial şəbəkələrdə modelin studiyada heykəllər arasında poza verdiyi tanıtım fotolarını dərc edib. Göndərilən kadrlarda abunəçilər Fələstin-İsrail münaqişəsinə istinad edən detalları görüblər və brendi boykot ediblər.

Daha sonra Zara nümayəndələri buna baxmayaraq istifadəçilərin mənfi şərhlərinə cavab veriblər. Məlum olub ki, bu reklam kampaniyası iyulda düşünülüb və sentyabrda çəkilib. “Kampaniya bədii kontekstdə əl istehsalı geyimləri nümayiş etdirmək məqsədi ilə yaradılıb. Təəssüf ki, bəzi müştərilər bu silinmiş şəkillərdən incidilər və onları nəzərdə tutulmayan bir şey kimi gördülər. Zara bu anlaşılmazlığa görə təəssüflənir və hər kəsə dərin ehtiramını bildirir”, - brendin əməkdaşları yekunlaşdırıblar.