Zelenski Birləşmiş Qüvvələr komandirini vəzifəsindən azad edib

11:48 27.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski yüksək rütbəli hərbçi, general-mayor Eduard Moskalevi Birləşmiş Qüvvələrin komandanı vəzifəsindən azad edib.

Zelenskinin 26 fevral tarixli fərmanında yalnız bir sətir var: “Eduard Mixayloviç Moskalev Birləşmiş Qüvvələrin komandanı vəzifəsindən azad edilsin”.

Zelenski fevralın 24-də gündəlik videomüraciətində danışdığı hərbi liderləri sadalayarkən Moskalevin adını çəkib.

Moskalev bu vəzifəyə 2022-ci ilin martından, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından az sonra təyin edilib.