Zelenski bu şərtlərdə əraziləri Rusiyaya təslim edə biləcəyini açıqlayıb

15:00 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna lideri Vladimir Zelenski etiraf edib ki, Amerikanın köməyi olmadan Ukrayna Silahlı Qüvvələri əraziləri Rusiya ordusuna təslim etməli olacaq. Bu barədə “The Washington Post” məlumat yayıb.

“Zelenski ölkəsinin Rusiya qüvvələrinə qarşı mübarizədən heç vaxt vaz keçməyəcəyini, lakin əlavə yardım olmadan onun ordusunun ərazini qətiyyətli və yaxşı silahlanmış düşməninə qaçılmaz olaraq verdiyi üçün münaqişənin daha da qəddarlaşacağını xəbərdar edib”, - materialda deyilir.