Zelenski daha uzun mənzilli raketlər istədi

09:36 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı geniş mənzilli ATACMS taktiki ballistik raketlərinin tədarükü tələbini irəli sürüb. Bu barədə ABŞ Konqresindəki mənbələrə istinadən “Politico” qəzeti yazıb.

“Zelenski ABŞ-ın ATACMS-in daha uzun diapazonlu versiyasını təqdim etməsi zərurəti ilə bağlı sualı qaldırıb”, - nəşrin mənbəsi bildirir.

Qeyd olunur ki, Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Ceksonla Ukrayna Silahlı Qüvvələrinə daha yüksək dəqiqlikli raketlərin ayrılması məsələsini müzakirə edib.